Menu

Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

16.01.2018, 13:44
Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb. APA-nın məlumatına görə, bu barədə “news.am” saytı xəbər yayıb.

Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. “Kia Sorento” markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb. Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol