Menu

Pentaqon yeni nüvə silahları yaradır - Rusiya və Çinə cavab

17.01.2018, 00:28

nuve«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (MN) iki yeni strateji nüvə silahının yaradılması üzərində işləyir. Xəbəri «The Wall Street Journal" qəzeti yayıb.

Qəzetin məlumatına görə, bu çalışma ABŞ-ın yenilənmiş dövlət siyasəti çərçivəsində həyata keçiriləcək və Rusiya ilə Çinin hərbi imkanlarının güclənməsinə ABŞ-ın reaksiyası hesab olunacaq.

Nəşr qeyd edir ki, yeni silah sualtı qayıqlara yerləşdirilmiş az gücə malik nüvə döyüş başlığından ibarət olacaq və «Trident-2» ballistik raketləri üçün döyüş başlığı ola bilər. Hazırlanacaq ikinci vahid isə nüvə başlığı ilə təchiz olunmuş dəniz bazalı qanadlı raket olmalıdır.

Məlumata görə, analoji silahlar hələ 2010-cu ildən ABŞ-ın arsenalında yer alıb.

Şərhlər

Vüqar 2018-01-17 00:28:39

Amerika rusyanı istenilen vaxt udar hec onların ruslar vecnede deyil ancaq ve ancaq amerikanın gecesini gündüz gündüznü gece eden tek bir devlet ve baş balası c i n devletidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol