Bakı sakini illərdir, əziyyət çəkib topladığı pulu, elə ev almağa gedərkən itirib.
"AzPolitika" Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir.
Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.
Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat vəd edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.

Şərhlər
Evə baxmağa gedən adam o boyda pulu özüylə niyə götürübmüş ki..Bu qəliz məsələyə oxşuyur.Və o boyda pulu tapıb qaytarana cəmi 2000 manat da məsələni çətinləşdirir.Mənim də inanmağım gəlir,ancaq bacarmıram.
İnandırıcı gəlmir.Ortada yalan var. Milyoner deyillər ki, axı o pul onların min bir zəhmətlə topladığı puldu... onlar üçün çox böyük məbləğdi..Belə olan halda üstündə ev pulu olan adam pulu bağrına basıb saxlayar..bütün fikri pulda olardı. Göründüyü kimi analara da etibar yoxdur...