Menu

Fələstin İsrailin cənubuna 150 raket atdı (VİDEO)

07.07.2014, 00:42
Fələstin İsrailin cənubuna 150 raket atdı (VİDEO)

Qəzza zolağında 10-a yaxın məntəqə İsrail aviasiyası tərəfindən hava zərbələrinə məruz qalıb

Dünyada baş verən hadisələr fonunda xeyli vaxtdır kölgədə qalmış Yaxın Şərq münaqişəsi yenidən diqqət mərkəzindədir.

ANS TV-nin məlumatına görə, Yaxın Şərqdə 3 israilli gəncin və bir fələstinlinin ölümündən sonra baş qaldıran gərginlik səngimək bilmir.

Ötən gün Qəzza zolağında 10-a yaxın məntəqə İsrail aviasiyası tərəfindən hava zərbələrinə məruz qalıb.

Qarşılıqlı olaraq Qəzzadan İsrailin cənubuna 150-dən çox raket atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol