Menu

OPEC+ anlaşmasının şərtləri dəyişdirilə bilər

22.01.2018, 10:15
OPEC+ anlaşmasının şərtləri dəyişdirilə bilər

2018-ci ildən sonra cari OPEC+ anlaşmasının uzadılması yerinə yeni tip anlaşma tətbiq oluna bilər.

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Omanın neft-qaz naziri Mühəmməd Həməd əl-Rumhi verib.

Nazir bildirib ki, ilin sonuna qlobal neft ehtiyatları bugünkündən az olacaq: "Bu vaxta qədər bilməliyik ki, anlaşma uzadılacaq, yoxsa yeni anlaşma imzalanacaq. Mən yeni tip anlaşmanın tərəfdarıyam".

"Bir neçə il əvvəl hasilatın dondurulması müzakirə olunurdu. Vyanada noyabr ayında keçiriləcək sammitdə bu fikir müzakirə oluna bilər. Bunun üçün iştirakçıların razılığı olmalıdır", - əl-Rumhi əlavə edib.

Qeyd edək ki, dünən Omanda keçirilən OPEC+ nazirlərinin monitorinq komitəsinin iclasında Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih bildirib ki, hazırda qlobal neft ehtiyatları son 5 ilin orta səviyyəsini 120 mln. barel üstələyir. Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, OPEC+ ölkələri məsuliyyətli olmağa davam etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol