Menu

Azərbaycanda şirkət ləğv olundu - "Könüllü şəkildə..."

22.01.2018, 11:43

closed-sign-in-shop-windowSinqapurun “Keppel” gəmiqayırma korporasiyası Azərbaycanda “Caspian Shipyard Company” (CSC) MMC-nin könüllü şəkildə ləğvini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə korporasiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, CSC ləğvolunma proseduruna 26 avqust 1997-ci il tarixli “AzerFELS” (“Keppel Offshore & Marine Ltd” şirkətinin törəmə şirkəti), SOCAR və “Lukoil Europe Holdings BV” arasında imzalanmış şirkətin yaradılması haqqında müqavilə müddətinin başa çatmasından sonra başlayıb.

“Keppel” şirkəti Azərbaycanda fəaliyyətini “Bakı gəmiqayırma zavodu” MMC-də iştirak payı çərçivəsində davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol