Menu

Şəmkir sakini Bakıda intihar etmək istəyib

22.01.2018, 11:52
Şəmkir sakini Bakıda intihar etmək istəyib

Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib.

DİN-dən APA-ya verilən məlumata görə, cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol