Menu

Polisi bıçaqlayan şəxs saxlanıldı

22.01.2018, 12:46
Polisi bıçaqlayan şəxs saxlanıldı

Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Trend-ə Saatlı rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, polis əməkdaşını bıçaqlayan şəxs rayon sakini, 1969-cu il təvəllüdlü əliyev Şöhrət Ağazadə oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Prokurorluqdan bildiriblər ki, hadisə şəxsi münaqişə zəminində baş verdiyi bildirilisə də, hələlik konkret səbəb məlum deyil. Bıçaqlanan şəxs, polis çavuşu, 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu isə əməliyyat olunub, hazırda vəziyyəti ağır-sabitdir.

Saatlı rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol