Menu

Azərbaycanda ölən insanların yarıdan çoxu ürək çatışmazlığından vəfat edib

22.01.2018, 13:26
Azərbaycanda ölən insanların yarıdan çoxu ürək çatışmazlığından vəfat edib

Azərbaycanda 2017-ci ildə insan ölümünün əsas səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kordioloq cərrah, deputat Rəşad Mahmudov bildirib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub.

O qeyd edib ki, bu göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir: “Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var və biz bununla bağlı tədbirləri təxirə salmamalıyıq”.

Şərhlər

t.ədalət 2018-01-22 13:26:05

Ürək-damar xəstəliklərinin əsas səbəbi ərzaq malları üzərində nəzarətin olmamasıdır.Azərsunun istehsal edib bizə sırıdığ məhsullar dünya ölkələri tərəfindən qəbul edilmir .GMO və kimya bulaşığı olan qida məhsulları üzərində nəzarəti artırmalıyıq.Biz ərzaq məhsullarını yerli deyil,Türkiyə və Rusiya istehsalçılarından almalıyıq.Müxtəlif basqılarla əhalinin yerli istehsala məcbur edilməsinə son verilməlidir.Yediyimiz çörəyə qədər hər şeyin tərkibi kimyəvi qatqılarla doludur.Axı,niyə özümüzə qənim kəsilməliyik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol