Menu

"Suriya və Türkiyə ilə təmasdayıq" - Peskov

22.01.2018, 14:33
"Suriya və Türkiyə ilə təmasdayıq"  - Peskov

"Rusiya Türkiyənin Afrindəki hərbi əməliyyatını diqqətdə saxlayır. Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. o, əvvəlki kimi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas hesab etdiklərini söyləyib: "Sözsüz ki, Afrin rayonunda baş verənlərlə əlaqədar humanitar vəziyyəti də diqqətlə izləyirik".

D. Peskov Moskvanın Türkiyə Hərbi Qüvvələrinin əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdar olunması haqda suala isə cavab verməyib.

Şərhlər

Vaqif 2018-01-22 14:33:51

Vallaha billaha ay bu gumrah düz yazıb ele özüdükü var putin istediyni edir sadece bir iş varki hind kinosunun axrında haq edalet öz yerni tapır günahkar türmüye gedir inşallah putinde yeqin o kino kimi qanunlar qarşısında cavab verib xalqının ogurladıgı servet elinden alınıb xalqına qaytaracaqlar

Gumrah 2018-01-22 14:33:51

Men putin hakimyetni vallaha billaha hind kinosunnan secmirem uşaq vaxtı hind kinosuna cox baxırdım indi onu putin hakimyetinden görüremki putin o kinonu reallıga cevirib baş roldada özü oynayır alina kabayeva ile beraber

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol