Menu

«ASO»-nun 25 min döyüşçüsü Türkiyəni dəstəkləyir - Suriyanın şimalında

22.01.2018, 18:43

aso«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın şimalında Əsəd hakimiyyətinə müxalif «Azad Suriya Ordusu»nun (ASO) 25 minə yaxın döyüşçüsü Afrin rayonunda Türkiyənin başladığı «Zeytun budağı» hərbi əməliyyatına qoşulub.

ASO-nun komandanlarından biri olan Yasir Əbdül Rəhimə istinadla, bu barədə bazar günü «Röyter» agentliyi xəbər verib.

Onun sözlərinə görə, müxalifət Afrinə girmk niyyətində deyil, amma şəhəri mühasirəyə almaq və oradakı «Xalq özünümüdafiə qüvvələri» (XÖQ) adlandırılan kürd qüvvələrini sıxışdırmaq istəyir. O, əlavə edib ki, hərbi əməliyyatın başlıca hədəfi Afrinin cənub-şərqində yerləşən Təl-Rifaat yaşayış məntəqəsinin və bir neçə ərəb kəndinin qaytarılmasıdır. Kürd birləşmələri (XÖQ) buranı 2016-cı ilin fevralında işğal edib və 10 minlərlə yerli sakini ərazidən qovub.

Türkiyə silahlı qüvvələri Baş qərargahı şənbə günü kürd silahlı birləşmələrinə («Xalq özünümüdafiə qüvvələri» və «Demokratik ittifaq» partiyası) qarşı Afrində «Zeytun budağı» əməliyyatının başlandığını elan edib. Ərazidə 1,5 milyona yaxın Suriya kürdünün yaşadığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol