Menu

Rusiya Premyer Liqasının autsayderi "Neftçi"yə 8 qol vurdu

22.01.2018, 21:42

neftchi_newlogoAntalyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Virtualaz.org-un məlumatına görə, "ağ-qaralar" Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşıb.

Oyun "Neftçi" üçün uğursuz alınıb. İlk 37 dəqiqə ərzində bakılılar qapısından 6 cavabsız qol buraxıblar. Fasilədən sonra da qapısında iki qol görən paytaxt klubu buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib.

Qeyd edək ki, "SKA-Xabarovsk” Rusiya Premyer Liqasının 20 turunda 12 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol