Menu

PREZİDENT ADMİNİSTRASİYASINDA STRUKTUR DƏYİŞİKLİYİ -  Sərəncam

24.01.2018, 18:58
PREZİDENT ADMİNİSTRASİYASINDA STRUKTUR DƏYİŞİKLİYİ -  Sərəncam

Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin Administrasiyasının strukturu yenidən təşkil edilib, işçilərin say həddi 410 ştat vahidi müəyyən edilib. O cümlədən Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti ləğv edilib, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin ştat vahidi 1 şöbə müdiri olmaqla, 6 ştat vahidi təsdiqlənib.

Dövlət qulluğu və kadr məsələləri şöbəsində Şəxsi işlərin aparılması sektorunda ştat vahidi isə artırılaraq, 2 ştat vahidindən 4 ştat vahidinə qaldırılıb. Beləliklə, Prezident Administrasiyasının işçilərinin say həddi 410 ştat vahidindən 412 ştat vahidinə qalxıb.

Qeyd edək ki, Etibar Nəcəfov bir müddət əvvəl Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Şərhlər

keçici qırmızı bayraqlar 2018-01-24 18:58:10

Toplananların yerini dəyişməklə cəm dəyişilmir.

raka 2018-01-24 18:58:10

bizim polisden yoxdur

Koxa 2018-01-24 18:58:10

Dedim yeqin prezdent rusperestlerden hansınısa cıxartdı amma alınmadı cox pis

Miri 2018-01-24 18:58:10

Dehshet kasib galmiyacaq daha

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol