Menu

Bakıda intihara cəhd

24.01.2018, 16:56
Bakıda intihara cəhd

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol