Menu

Türkiyə "Hızır 4x4" zirehli avtomobili uğurla sınaqdan keçirdi

24.01.2018, 19:10
Türkiyə "Hızır 4x4" zirehli avtomobili uğurla sınaqdan keçirdi

Türkiyə "Hızır 4x4" zirehli hərbi avtomobili uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə yerli mətbuat hərbi mənbəyə istinadən yazır.

Hərbi maşının mina və fuqasların partladılması baxımından da uğurla sınaqdan keçdiyi bildirilir.

"Hızır 4x4" zirehli avtomobilin Türkiyə ərazisində PKK terrorçularına qarşı əməliyyatlarda istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, "Hızır 4x4" türk mütəxəssislər tərəfindən hazırlanıb və Türkiyədə istehsal olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol