Menu

Sirkə turşusu içən polis əməkdaşı Bakıya köçürüldü

25.01.2018, 00:15
Sirkə turşusu içən polis əməkdaşı Bakıya köçürüldü

Şəki rayonunda sirkə turşusu içən polis əməkdaşı Bakıya göndərilib.Bu barədə Trend-ə Şəki şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki, polis əməkdaşı Elgün Rəsulova ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıya – Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə göndərilib.

Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol