16 yaşlı idmançı Şahmat üzrə Azərbaycan çempionu oldu - FOTO

24 yanvar 2018-ci il tarixində şahmat üzrə kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub.

BakuPost xəbər verir ki, müxtəlif yaş qruplarından 18 idmançının mübarizə apardığı yarış gərgin mübarizə şəraitində keçib. Son tura qədər liderlər arasında olan Abdulla Qədimbəyli, turnirin sonunda 7 xal toplayaraq bütün rəqiblərini üstələməyi bacarıb.

Qeyd edək ki, Abdulla Azər oğlu Qədimbəyli 2002-ci ildə Bakı şəhərində anadan olub. 5 yaşından etibarən Şahmatla məşğul olan Abdullanın aktivində daha böyük titullar var. Belə ki, o, 2009, 2010-cu ildə 2 qat Avropa çempionu , 2009, 2010, 2011, 2014- cü illərdə 4 qat Azərbaycan çempionu, 2011-ci ildə Avropa çempionatı I-II yer, 2012 ci Dünya çempionatı III- IV yer kimi nəaliyyətlər qazanıb. Onun əldə etdiyi ən böyük uğurlardan biri 2010 cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatında olub. Belə ki, 179 ölkənin şahmatçıları arasında keçirilən dünya birincilyində , Azərbaycanın yeganə təmsilçisi olan Abdulla Qədimbəyli 8 yaşlı şahmatçılar arasında 11 oyundan 9.5 xal toplayaraq dünya çempionatının qalibi elan olunub.

Yeniyetmə şahmatçının uğurları bunula bitmir. 2010-cu ildə FİDE ustası, 2014-cü ildə isə Beynəlxalq usta norması adına layiq görülmüş Abdulla 2012-ci ildə Avropa kubokuda II yer, 2013 - cü ildə Dünya çempionatında II yer, 2014-cü ildə Dubay Open beynəlxalq şahmat turnirində III yer, 2015 –ci ildə isə Al –Ain Beynəlxalq Çempionata öz həmyaşıdlarını məğlub edərək I yeri qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar