«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla veryi xəbərə görə, Suriyanın Afrin rayonundakı YPG kürd silahlı qruplaşması, ərazidəki terrorçuların mövqelərinə zərbə endirən Türkiyə təyyarəsini vurduğunu iddia edir.
Türkiyə Baş Qərargahında isə bəyan ediblər ki, çərşənbə günü əməliyyata cəlb olunmuş təyyarələrin hamısı sağ-salamat öz bazasıa qayıdıb.
«Bil-bil rayonunun Şeyx Roz kəndində döyüşlərin gedişində Türkiyənin bir təyyarəsi vurulub» - deyə, çərşənbə günü YPG qərargahının nümayəndəsi «RİA Novosti» agentliyinə bəyan edib.
Onun sözlərinə görə, kürdlər həmin ərazidən təyyarənin vurulduğunu və tüstüləndiyini görüblər. Guya, hazırda onlar təyyarənin yerə düşdüyünü və ya Türkiyə ərazisinə qayıda bildiyini müəyyənləşdirməyə çalışırlar.
Bundan əvvəl, çərşənbə günü Türkiyə Baş Qərargahı xəbər verib ki, Afrindəki əməliyyatın gedişində terrorçuların 47 hədəfi vurulub. Əməliyyata 27 təyyarə cəlb olunub. Onların hamısı uğurla öz bazasına qayıdıb.
Bu xəbərdə diqqəti çəkən bir məqamı da qeyd etmək lazımdır. Belə ki, Suriyanın şimalında konkret olaraq, Afrin rayonunda cəmlənmiş kürd qrupları Türkiyə tərəfindən «terrorçu» qruplaşma adlandırılsa da, Rusiya KİV - onları məqsədli şəkildə «üsyançılar» adlandırır - lap «Donbas üsyançıları» sayağı. Bu da bir «sürüşkənlik»dir - bir müddət sonra həmin terrorçulara «silah-sursat yardımı» etməyə «əl yeri» qoyur...


Şərhlər
Gelecek rusya prezdenti aleksey navalniye uzun ömür can saglıgı ay qorxaq fcbşnik diyen navalnıdan qorxub imkan verdirmirsen seckiye burda senin qorxaglıgnı dünya gördü odurki seni prezdent kimi yox navalnıyı göreceyik