Menu

Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib - YENİLƏNİB

25.01.2018, 10:48
Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib - YENİLƏNİB

Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.

Bu barədə APA-nın Rusiya bürosuna Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.

İcma nümayəndəsi hazırda Saxalin vilayətində hava şəraitinin çox pis olduğunu söyləyib.

* * *

Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.

APA-nın "PrimaMedia.ru”-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir. Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.

Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).

* * *

Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə deyiblər kİ, gəminin göyərtəsində hansı ölkələrin vətəndaşlarının olduğu hələ məlum deyil.

Qeyd edək ki, Yapon dənizində göyərtəsində 21 nəfər olan balıqçı gəmisi itib. Məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol