Menu

Bayılda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir

25.01.2018, 12:38
Bayılda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir

Bayılda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir.

Trend-in məlumatına görə, Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərin nömrələnməsinə başlanıb.

Hazırda əraziyə Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları cəlb edilib. Ərazidə 90-a yaxın evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Həmin mənzillər MKTB əməkdaşları tərəfindən nömrələnib və akt tərtib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol