Menu

Bakıda yağış, sulu qar, qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ

25.01.2018, 13:15

029396-falls-creek-snowYanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 26-da Azərbaycanın rayonlarında duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

XƏBƏRDARLIQ

Yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.

Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacağı açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol