AzPolitika.info Rusiya qaynaqlarına istinadla xəbər verir ki, İraqda «quş qripi»ndən 8 nəfər dünyasını dəyişib. Bu barədə informasiyanı «Rospotrebnadzor» (Rusiya) yayıb.
Bir ölüm halı Bağdad şəhərində qeydə alınıb, beşi Səlahəddin, ikisi isə Neynəva və Diyala əyalətlərində baş verib. İraqın səhiyyə nazirliyi insanların vaksinasiya işlərinə başlandığını elan edib.
Bundan əvvəl, İraq tərəfi heyvanların sağlamlığı üzrə Ümumdünya təşkilatını ölkənin quşçuluq fermalarında qripin yayıldığı barədə məlumatlandırıb. Söhbət N5N8 ştamından gedib.
Yanvarın əvvəlində təkcə Diyala əyalətində «quş qripi»ndən 7 mindən çox köçəri quş həlak olub. Bundan sonra təhlükəli virusa yoluxmuş 70 min toyuğun məhv edilməsi məsələsi qarşıya çıxıb.

Şərhlər