Menu

ABŞ BKS-nın maliyyələşdirilməsindən imtina etmək qərarına gəlib - KİV

26.01.2018, 01:01
ABŞ BKS-nın maliyyələşdirilməsindən imtina etmək qərarına gəlib  - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın administrasiyası 2025-ci ilə Beynəlxalq Kosmik Stansiyanın (BKS) maliyyələşdiriməsini dayandırmaq qərarına gəlib. Vaşinqtonda hesab edirlər ki, stansiyanın saxlanması həddindən aprtıq baha başa gəlir və ABŞ kosmanavtikasının inkişafına mane olur.

«The Verge» nəşri ölkənin büdcə layihəsinə istinadla, yazır ki, sənədi fevralda yekun oxunuşa qədər dəyişdirə bilərlər. Amma mənbələr əmindirlər ki, bu vəziyyət Konqresdə nəzərə alınacaq.

Bundan əvvəl NASA kosmik agentliyində BKS-nın işini 2025-i ilə qədər dəstəkləyəcəklərini vəd etmişdilər. Stansiyanın istismarı hər il NASA-ya 3-4 milyard dollara başa gəlir.

2011-ci ildə ABŞ stansiyaya çoxdəfəli «çelnok»ların göndərilməsini dayandırıb və o vaxtdan indiyə qədər ekipajlar orbitə Rusiyanın «Soyuz» kosmik gəmisi vasitəsilə çatdırılır. Rusiya isə ABŞ heyətinə yeri icarə hüququ əsasında təqdim edir.

BKS - beynəlxalq layihədir, onda 14 ölkə iştirak edir. Onların sırasına ABŞ, Rusiya, Yaponiya, Kanada və Avropa kosmik agentiyinə üzv ölkələr daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol