«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ-ın yeni strateji bombardmançı «B-21 Raider» təyyarələrinin yaradılması prosesi maliyyə çatışmazlığı səbəbilə, dayana bilər. Xəbəri «Defense News» portalı yayıb.
Qeyd olunur ki, hərbi-hava quvvələrinin rəhbərliyi öz narahatlığını federal hökumətin fəaliyyətinin dayanadırılması ilə əlaqələndirir. Hərbçilərin qiymətləndirməsinə görə, hətta hadisələrin daha uğurlu inkişafı variantında belə, «LRS-B» təyarrələrinin yaradılması ciddi şəkildə ləngiyəcək.
İlkin olaraq, planlaşdırılmışdı ki, ilk «B-21» qırıcıları başlanğıc hazırlıq mərhələsinə 2020-ci illərin əvvəlinə çatacaq. Ancaq böyük ehtimalla, bu müddət uzanacaq. ABŞ HHQ-nin nazir müavini Metta Donovanın sözlərinə görə, maliyyə problemi artıq 2018-ci ilin fevralında başlaya bilər.
2015-ci ildə «Northrop Grunman» şirkəti «B-21» uzaq mənzilli strateji bombardmançıların yaradılması üzrə kontrakt-sifariş alıb. Kontrakta görə, ABŞ HHQ ən azı 100 təyyarə almağı planlayıb.
Yanvarın 20-də isə ABŞ federal hökuməti, razılaşdırılmış büdcənin olmaması səbəbilə, bir sıra funksiyalarının icrasını dayandırıb.


Şərhlər
2 milyon abonent 2man 50 qepikden ne qeder edir her ay, ehtiyac varmi ixtisara?