Menu

Zaqatalaya qazın verilişi dayandırılıb

26.01.2018, 15:46
Zaqatalaya qazın verilişi dayandırılıb

Zaqatalaya təbii qazın verilişi dayandırılıb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib.

Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub.

Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol