Menu

Sabirabad sakini intihar edib

26.01.2018, 20:28
Sabirabad sakini intihar edib

Sabirabad rayonunda intihar hadsəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 18.30 radələrində ailə münaqişəsi zəminində Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1969-cu il təvəllüdlü Qurbanov Fətəli Ağalələ oğlu özünü asaraq intihar edib.

Bundan əvvəl ailədə yaranan münaqişə səbəbindən evini yandıran və özünü də yandırmaq istəyən F.Qurbanova ailə üzvləri bunu etməyə imkan verməyib. Lakin gözdən yayınan adı çəkilən şəxs özünü asaraq intihar etməyə müvəffəq olub.

Faktla bağlı Sabirabad ryon prokurorluğu araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol