Menu

Yaponiyada qrip epidemiyası alovlanıb! - 3 milyon insan yoluxub

27.01.2018, 01:07
Yaponiyada qrip epidemiyası alovlanıb! - 3 milyon insan yoluxub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyada görünməmiş qrip epidemiyası alovlanıb - qısa müddətdə 3 milyona yaxın insan qrip virusuna yoluxub. Bununla bərabər, ölkədə həkim çatışmazlığının müşahidə olunduğu bildirilir.

Səhiyyə, əmək və rifah nazirliyində qeyd ediblər ki, hazırda bu ölkədə bir həkimə 52 nəfər qripli pasiyent düşür. Bu səbəbdən də xüsusilə Kyusyu adasında hər həkim bir dəfəyə 80 xəstəyə nəzarət etməyə məhkumdur. Təkcə son həftə ərzində qripə yoluxanların sayı 1 milyon nəfər artıb.

Yaponiya əhalisini imkan dailində, əllərini tez-tez yumağa və qoruyucu maska gəzdirməyə çağırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol