Menu

Poçt müdiri intihar etdi

07.07.2014, 15:12
Poçt müdiri intihar etdi

Şabran rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol