Menu

Türkiyə ordusu 484 terrorçunu məhv etdi

28.01.2018, 11:04
Türkiyə ordusu 484 terrorçunu məhv etdi

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu məhv edib.

Türkiyə SH Baş Qərargahının məlumatına görə, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.

Əməliyyat başlayandan (yanvarın 20-dən) , ümumilikdə, 484 terrorçunun məhv edildiyi bildirilir. Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 11 nəfəri yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol