Menu

Şamaxıda 3 uşaq anası intihara cəhd edib

28.01.2018, 12:19
Şamaxıda 3 uşaq anası intihara cəhd edib

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Cabanı kəndində qeydə alınıb.

Kənd sakini 1986-cı il təvəllüdlü Dünyamalıyeva Günay Hidayət qızı yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib. O, həyat yoldaşının köməyi ilə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Qadın sonradan vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Üç uşaq anası olan Günay Dünyamalıyevanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol