Menu

«ABŞ, «Brexit»dən sonra Britaniyanın nəhəng ticarət həmkarına çevriləcək» - Tramp

29.01.2018, 13:54
«ABŞ, «Brexit»dən sonra Britaniyanın nəhəng ticarət həmkarına çevriləcək» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Britaniyanın «İTV» telekanalına verdiyi müsahibədə deyib ki, «Brexit»-dən sonra ABŞ, Böyük Britaniyanın nəhəng ticarət həmkarına çevriləcək.

Prezident eyni zamanda, belə bir fikir də səsləndirib ki, o, Birləşmiş krallıqda çox populyardır. Trampın sözlərinə görə, britaniyalılardan çoxlu dəstək məktubları alır.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını (Aİ) 2019-cu ilin martında tərk edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol