Menu

Bakıda “Ev-Ofis”lərin kirayəsi neçəyədir? – QİYMƏTLƏR

30.01.2018, 12:56
Bakıda “Ev-Ofis”lərin kirayəsi neçəyədir? – QİYMƏTLƏR

Yeni yaradılan və yaxud ofis xərclərini azaltmaq istəyən şirkətlər bəzi hallarda evləri kirayə götürərək orada fəaliyyət göstərirlər.

Bunu nəzərə alaraq Bakının rayonları üzrə bu tipli evlərin kirayə qiymətlərini öyrənməyə çalışmışıq. Daşınmaz əmlak üzrə rieltor Asif Yusubov bildirib ki, hazırda Bakıda ən ucuz kirayə verilən belə evlər Nərimanov rayonundadır. Burada kv.m üzrə qiymətlər 6 manatdan başlayır. Yasamalda bu evlərin kirayə qiyməti 6-7 manat təşkil edir. Xətai rayonu üzrə qiymətlər 7 manat, Nəsimi rayonunda 8 isə manatdan başlayır. Ən baha “ev-ofislər” isə Səbail rayonundadır. Burada evlərin kirayə qiyməti 10 manatdan başlayır. Başqa sözlə, orta sahəli ofislərin 120-130 kv.m olduğunu nəzərə alsaq, belə evlərin kirayəsi minimum 1200-1300 manat təşkil edir. /Fed.az

Rayonlar

 

Biznes ofislərinin kirayə qiyməti

1 kv.m/AZN

 

Nəsimi 8 AZN-dən başlayır
Səbail 10 AZN-dən başlayır
Xətai 7 AZN-dən başlayır
Nərimanov 6 AZN-dən başlayır
Yasamal 6-7 AZN

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol