Menu

Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək

30.01.2018, 13:46
Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək

"2018-ci ildə dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir". "Report"un məlumatına görə, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Olimpiya mərkəzlərindən ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bu il Lənkəran və Beyləqan, gələn il isə Goranboy və Tərtər Olimpiya komplekslərinin istifadəyə veriləcəyini bildirib. Lənkəran Olimpiya Kompleksi yenidən, qalanları isə ilk dəfə tikiləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda 43 Olimpiya Kompleksi fəaliyyətdədir.

Şərhlər

yusif 2018-01-30 13:46:36

Goranboyla Tərtər yan-yana, çox yaxındılar; bunlardan birini daha uzaq bir bölgədə tikmək olmazdımı..kimdir görən bu işləri planlayan?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol