Menu

"Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur" - Nazirlik

30.01.2018, 15:21
"Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur" - Nazirlik

"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Teleqüllənin inşa olunduğu yer tamamilə başqa strukturun üzərindədir: "Həmin ərazidə Teleqüllə üçün heç bir qorxu yoxdur. O monolit əhəng daşlarının üzərində inşa olunub. Lazımi qaydada layihələşdirilib, tikilib. Heç bir qorxu yoxdur".

Qeyd edək ki, yanvar ayının 24-də Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə hadisəsi qeydə alınıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Sürüşmə zonasından 80 ailə, yəni 390 nəfər çıxarılıb. Onlara`` bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol