Menu

Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb

30.01.2018, 21:52
Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb

Qaxda 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb.

Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri, İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol