Menu

Sabahdan Milli Məclisin yaz sessiyasının plenar iclasları başlayır

31.01.2018, 09:51
Sabahdan Milli Məclisin yaz sessiyasının plenar iclasları başlayır

Sabah, fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", “Dərman vasitələri haqqında”, “Terrorçuluğa qarşı mübarizə", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol