Menu

Bakıda MTK-nın binasından yıxılan fəhlə ölüb

31.01.2018, 10:47
Bakıda MTK-nın binasından yıxılan fəhlə ölüb

Bakıda yeni tikilən binadan yıxılan fəhlə ölüb.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Məlumata görə, “Fərəh” MTK-nın inşa etdirdiyi binada fəhlə işləyən Zahir Hüseynov yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Z.Hüseynovun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol