Menu

Terrorçular Türkiyəyə raket atıb - 17 yaşlı qız şəhid olub

31.01.2018, 13:19
Terrorçular Türkiyəyə raket atıb - 17 yaşlı qız şəhid olub

Afrində YPG-PYD terror qruplaşmasının nəzarətində olan ərazidən Türkiyənin Reyhanlı mahalına 2 raket atılıb. Bu barədə “Hürriyət” informasiya verib. Raketlərdən biri Gültəpə məhəlləsində yerləşən üçmərtəbəli binanın yaxınlığına düşüb. Əraziyə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Terror hücumu nəticəsində Fatoş Avlamak adlı 17 yaşlı qızın dünyasını dəyişdiyi, daha bir nəfərin ayağından yaralandığı bildirib.

Qeyd edək ki, Afrin əməliyyatı başladıqdan sonra PYD-YPG terrorçuları Türkiyənin mülki vətəndaşlarına zərər vurmaq niyyəti ilə Reyhanlı bölgəsinə raket zərbələri endirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol