Menu

Əfqanıstanın yeni prezidenti – Əşrəf Əhmədzay

07.07.2014, 21:39
Əfqanıstanın yeni prezidenti – Əşrəf Əhmədzay

Əfqanıstanda keçirilən prezident seçkisinin ilkin nəticələrinə əsasən, keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzay qalib elan olunub.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Ə.Q. Əhmədzay səslərin 56,44 faizini toplayıb.

Onun ikinci turdakı rəqibi, Əfqanıstanın keçmiş xarici işlər naziri Abdullah Abdullahın 43,56 faiz səs topladığı elan edilib.

O, seçkinin nəticəsini tanımaqdan, məğlubiyyətini etirafdan imtina edib.

Xatırladaq ki, aprelin 5-də keçirilən seçkidə A. Abdullah 44,9 faiz, Əhmədzay isə 31,5 faiz səs toplamışdı.

İkinci tur isə iyunun 14-də keçirilib. Seçkinin yekun nəticələri iyulun 22-də elan ediləcək.

Abdullah Abdullahın tərəfdarları bildirib ki, əgər hakimiyyət seçkidəki qanun pozuntularını araşdırmazsa, o zaman kütləvi etiraz aksiyaları keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol