Menu

Vladimir Putin idmançılardan üzr istəyib

31.01.2018, 18:14
Vladimir Putin idmançılardan üzr istəyib

"Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək "Qış Olimpiya Oyunları-2018"də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.

V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib.

Prezident həmçinin "Qış Olimpiya Oyunları-2018"ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.

Qeyd edək ki, ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb. Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol