Menu

Rusiyaya məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib

31.01.2018, 21:17

teyyare3Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.

Göyərtəsində 294 sərnişin və 14 ekipaj üzvü olan və Kubaya uçan təyyarə Atlantik-Siti hava limanına eniş edib. İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol