Menu

Olivye Jiru rəsmən "Çelsi"də

31.01.2018, 22:52
Olivye Jiru rəsmən "Çelsi"də

"Çelsi" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, London klubu "Arsenal"ın hücumçusu Olivye Jirunu transfer edib. 31 yaşlı hücumçu ilə 1 il yarımlıq müqavilə imzalanıb. Bu transfer üçün "Çelsi" 15 milyon 300 min funt sterlinq təzminat ödəyib.

Qeyd edək ki, O.Jiru yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol