“Yazırlar, müdafiə edib, elmlər namizədi olurlar. Sonra da deyirlər ki, buna görə əlavə əməkhaqqı verilməlidir. Alimə o zaman əlavə pul verilməlidir ki, həmin işin cəmiyyətə, dövlətə xeyri olsun. Həmin elmi işin dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib.
S.Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: “Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə deyil. Bu, çox vacib məsələdir”.


Şərhlər
Mən tamamilə razıyam,elmi işlər bəlkədə rekord sayda,lakin elmə bir xeyir,bir yenilik,bir ölkənin adını ucalcadaq,bir yeni istiqamət ,bir yenilik yox. Çeynənmiş digər ölkələrdə olan materialları oğurlayıb,xüsusəndə tibb sahəsində ,alim olurlar. Hansının açdığı ixtira ilə digər bir insan,və yaxud dünya tibbi faydalanıb. Dissertasiyalar qazanc mənbəyidi rəhbərlər üçün,Azırbaycanı düşünmürlər heç. Dövlətinizi düşünün,Dövlətdə sizi düşünsün.
Hörmətli elm adamları! Gəlin imza toplayıb prezidentə, birinci vitse prezidentə, o ... milli məclisə müraciət edək! Bu ...deputatlığina son qoysunlar. Bu qədər özbaşınalıq olmaz axı! ,hadi müəllimləri, xalqı bir cür təhqir edir, susuruq, bu ölkənin bir yiyəsi olmalıdır ya yox? O da var. Sadəcə olaraq bilmirəm nə qədər susacaq,səbr edəcək, belə axmaqların sayiqlamalarina?????!!!!