Menu

"Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək" - Aydın Əliyev

02.02.2018, 14:50
"Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək" - Aydın Əliyev

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) konsaltinq şirkətlərini gömrük proseslərinin monitorinqini keçirməyə dəvət edir.

Trend-in məlumatına görə, bu barədə DGK-nin sədri Aydın Əliyev ABŞ-ın Azərbaycandakı Ticarət Palatası tərəfindən təşkil olunmuş ziyafət zamanı deyib.

A.Əliyev qeyd edib ki, konsaltinq şirkətləri gömrük orqanlarının fəaliyyətini dəyərləndirmək üçün xüsusi qruplar yarada bilər: “Onlar həmçinin ticarət dövriyyəsinin daha da yaxşılaşması üçün öz məsləhət və təkliflərini verə bilər. Bu, gömrük orqanlarının işinin daha çox şəffaflığına, eləcə də onun bu təkliflər əsasında daha da təkmilləşməsinə səbəb olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol