Menu

Qazaxıstan SSRİ-dən qalma hərbi texnikanı satmaq qərarına gəlib

03.02.2018, 08:52
Qazaxıstan SSRİ-dən qalma hərbi texnikanı satmaq qərarına gəlib

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, ölkə rəhbərliyi sovetlərdən qalmış hərbi texnikanı xarici ölkələrə satmaq qərarına gəlib.

Qazaxıstan parlamentində müzakirəyə çıxarılan «Müdafiə sənayesi və dövlət müdafiə sifarişləri» haqqında qanun layihəsi sovetlərdən qalmış hərbi texnikanın xarici dövlətlərə satılmasını nəzərdə tutur. Bu barədə xəbəri «Qazaxinform» agentliyi yaıb.

Respublikaının müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov qanun layihəsini fevralın 1-də parlamentə təqdim edərək, bildirib ki, respublikanın hərbi hissələrinin anbarlarında hələ sovetlərin dövründən çoxlu sayda köhnə hərbi texnika qalır. Bu texnikanın bir hissəsinin təmir olunaraq, ixrac edilməsi, qalanının isə utilizasiya olunması planlaşdırılır. Qazaxıstan hakimiyyəti hesab edir ki, bu yanaşma həmin silahların ölkə daxilində kölgə dövriyyəsi riskini azaltmağa kömək edəcək.

Bundan başqa, qanun layihəsi Müdafiə Nazirliyini istifadə olunmayan hərbi əmlak üzərində sərəncam vermək hüququndan məhrum edəcək. Bu səlahiyyətlər müdafiə və aerokosmik sənyayesi nazirliyinə verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol