Almaniya Federal Kəşfiyyat İdarəsi (BND) ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı həyata keçirdiyi gizli əməliyyatlara qatılıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” jurnalı yazıb. Məlumata görə, BND “Qalant Feniks” adlanan bu əməliyyatlarda ötən ilin oktyabrından bəri iştirak edir. Həmçinin, o da qeyd edilib ki, Almaniya Federal Kəşfiyyat İdarəsi Avropadakı terror hücumlarının və İŞİD-in qarşısının alınması üçün bu əməliyyatın son dərəcə önəmli olduğunu düşünür.
Jurnalın bu xəbəri haqqında almaniyalı rəsmilər və Federal Kəşfiyyat İdarəsi hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, 21 ölkənin qatıldığı “Qalant Feniks” əməliyyatı ABŞ-ın İordaniyadakı hərbi bazasından idarə olunur. Əməliyyatın məqsədi İŞİD-in İraq və Suriyadakı sığınacaqlarını ələ keçirmək, terror təşkilatının üzvləri haqqında məlumat toplamaq və onların əl izlərini analiz etməkdir


Şərhlər