Menu

Bakıda avtomobillərin onlayn diaqnostikası xidməti işə düşəcək

03.02.2018, 22:11
Bakıda avtomobillərin onlayn diaqnostikası xidməti işə düşəcək

Bu ilin birinci rübünün sonunda “CarDoctor” nəqliyyat vasitələrinin distant diaqnostikası xidməti işə salına bilər.

Bunu Trend-ə layihənin rəhbəri Azər Əliyev deyib.

Onun sözlərinə görə, hazırda “CarDoctor”un istifadəçi alətlərinin təkmilləşdirilməsi üzrə yekun mərhələ reallaşdırılır.

İstifadəçilərə təqdim olunacaq alətlər internet vasitəsilə mərkəzləşdirilmiş sistemə qoşularaq avtomobilin diaqnostikasını aparmağa imkan verəcək. Avtomobilin nasazlığı barədə məlumat istifadəçiyə SMS vasitəsilə və elektron poçt ünvanına göndəriləcək.

Xidmət ilk dəfə SOCAR-ın yanacaqdoldurma məntəqəsində aprobasiya olunub. Məntəqədə “CarDoctor”un stasionar terminalı quraşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol