Menu

Fələstin Azadlıq Təşkilatı hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb

04.02.2018, 11:08

Felestin-bayraqi-yellenirFələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İcraiyyə Komitəsi Fələstin hökumətini İsraillə siyasi, idarəçilik, iqtisadi və təhlükəsizlik səviyyədə əlaqələri dərhal və tamamilə kəsməyə çağırıb.

Fələstin Azadlıq Təşkilatı həmçinin BMT-yə müraciət edərək Qüdsü paytaxtı elan etmiş İsraili tanımaqdan imtina etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol