Menu

«İD» qruplaşmasının «informasiya naziri» saxlanıldı! - Ankarada

04.02.2018, 14:13
«İD» qruplaşmasının «informasiya naziri» saxlanıldı! - Ankarada

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə təhlükəsizlik qüvvələri Ankarada «İslam dövləti» terrorçu qruplaşmasının «informasiya naziri» Ömər Yedəyi saxlayıb. Bu barədə «Haber Türk» telekanalı xəbər yayıb.

Əməliyyatı Ankara təhlükəsizlik İdarəsinin antiterror bölməsi həyata keçirib. «Haber Türk» kanalının məlumatına görə, saxlanılan terrorçu Ömər Yedək qruplaşmada media ilə iş sahəsinə cavabdeh olub.

Yanvarın 12-də isə «Doğan» agentliyi Türkiyənin Kayseri şəhərində «İD» qruplaşmasının «kənd təsərrüfatı ilə iş üzrə cavabdeh» döyüşçüsünün saxlandığını xəbər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol