Menu

İsrail Misirlə gizli əlaqəyə girib, Sinayı bombalayır! - Sisinin razılığı ilə...

04.02.2018, 22:25
İsrail Misirlə gizli əlaqəyə girib, Sinayı bombalayır! - Sisinin razılığı ilə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail Misirlə gizli saziş bağlayıb və son iki il ərzində Sinaydakı cihadçı döyüşçüləri bombalayır.

Bu barədə «The New York Times » qəzeti yazıb

Qəzet xəbər verir ki, 2015-ci ildən üzübəri İsrailin pilotsuz uçan aparatları, vertolyotları və təyyarələri Misir ərazisində gizli hava əməliyyatları həyata keçirir və müntəzəm olaraq oradakı cihadçı qruplaşmalara zərbələr vurur.

KİV-in dəqiqləşdirməsinə görə, bu əməliyyatlar Misirin prezidenti Əbdül Fəttah əs-Sisinin razılığı ilə aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol